Koronavirus təhlükəsi ilə əlaqədar Azərbaycanda bir ay müddətində alış-veriş mərkəzlərində xidmət göstərən personal xüsusi geyim vasitələri ilə təmin edilməlidir.
Bu, Nazirlər Kabineti yanında operativ qərargahın müəyyənləşdirdiyi alış-veriş mərkəzlərinin fəaliyyəti qaydalarında əksini tapıb.
Eyni zamanda, atılacaq addımlarla bağlı alış-veriş mərkəzlərinin bütün əməkdaşlarının təlimatlandırılması (məlumat bürosu və təchizat əməkdaşları, xadimələr və s.) da təmin olunmalıdır.