"Ankara məktəbi" məktəb-liseyinə 9 dekabr tarixindən Arzu Süleymanova direktor təyin olunub. A.Süleymanovanın eyni zamanda 177 nömrəli məktəbə rəhbərlik etdiyi iddia olunur.
Bununla bağlı Oxu.Az-a valideynlər şikayət ünvanlayıblar.
Bu məsələ "Ankara Liseyi"ndə təhsil alan məktəblilərin valideynlərinin narazılığına səbəb olub.
Məsələ ilə bağlı Bakı şəhəri üzrə Təhsil idarəsinə sorğu ünvanladıq.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən vəzifə Arzu Süleymanovaya müvəqqəti həvalə olunub:
"Bakı şəhəri 177 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Arzu Vaqif qızı Süleymanovaya 9 dekabr 2025-ci il tarixdən 3 ay müddətinə Bakı şəhəri "Ankara məktəbi" məktəb-liseyin vakant olan direktoru vəzifəsi üzrə əmək funksiyalarının müvəqqəti icrası həvalə edilib".
Məlik Məlikov