Azərbaycan Tibb Universiteti (ATU) minlərlə tələbəni öz ətrafında birləşdirən, əhalinin sağlamlığının keşiyində duran peşəkar həkim və mütəxəssislər, həmçinin görkəmli alimlər yetişdirən elm ocağıdır.
Oxu.Az PhotoStock.Az-a istinadla xəbər verir ki, burada tədris prosesi birbaşa olaraq elmi tədqiqatlar, səhiyyədə əldə olunan nailiyyətlər ilə sıx əlaqəlidir. Azərbaycan Tibb Universiteti 1930-cu ildə Bakı Dövlət Universitetinin (BDU) tibb fakültəsinin bazası əsasında yaradılıb.
Təxminən bir əsrdir fəaliyyət göstərən ATU hazırda zəngin maddi-texniki baza, tədris korpusları, tələbə yataqxanası, klinika və laboratoriyalara sahib elm və tibb ocağıdır. Universitetin elmi-tədqiqat laboratoriyaları müasir cihaz və avadanlıqla təchiz edilib ki, bu da elmi axtarışların əhəmiyyətini artırmağa, tibb sahəsində kifayət qədər kadr potensialı yaratmağa imkan yaradır.
Daha çox foto burada: PhotoStock.Az