Bakı şəhəri, Nəsimi rayonunda itkin düşmüş 19 yaşlı qızın özünü dənizə atdığı məlum olub.
Oxu.Az-ın report-a istinadən verdiyi məlumata görə, mayın 4-də itkin düşmüş 1998-ci il təvəllüdlü Nailə Məmmədovanın (ad və soyad şərtidir) 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirildiyi müəyyənləşdirilib.
Araşdırmalar zamanı məlum olub ki, qız intihar məqsədi ilə özünü dənizə atıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Z.Q.
www.oxu.az