Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Bir övladını itirən ana yardım diləyir: "Yağmuru da itirməyə ürəyim dözməz"
Beş yaşlı Yağmurun yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Səbinə Şirinova məlumat verib.
O bildirib ki, övladı ağır dərəcəli kifoz skaliozdan əziyyət çəkir:
"Yağmurun beş yaşı var. Artıq iki aydır bu ağır xəstəlikdən müalicə alır. Xəstəliyin müalicəsi baha olduğu üçün, demək olar ki, artıq çatdırmırıq. 20 gün öncə sizin saytın izləyicilərinin dəstəyi ilə biz Yağmura korset ala bildik. Hazırda isə onun müalicələrini davam etdirmək üçün bizim 500 manata ehtiyacımız var".
Gənc ana digər övladını iki il öncə itirdiyini qeyd edib:
"Mənim Yağmurdan başqa bir övladım da var idi. İki yaşı olarkən onun leykozdan əziyyət çəkdiyini öyrəndik, uzun illər müalicə etsək də, övladımı həyatda saxlaya bilmədik. Onun müalicəsi üçün evimizi və maşınımızı da satmışdıq. Övladımı itirəndən sonra uzun müddət özümə gələ bilmədim, elə bilirdim həyat mənim üçün bitib. Amma Yağmura görə yaşamağa davam etdim. Yağmura nəsə olsa, ağlımı itirərəm, yaşaya bilmərəm. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (077) 397-24-77.
Unibank: 5243 7544 4153 4102.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- On dörd yaşlı Mirsəyidin ayağa qalxması üçün dəstəyə ehtiyacı var
- Yeganə övladı ağır xəstəlikdən əziyyət çəkən ana: "Ona nəsə olsa, ana kəlməsinə həsrət qalaram"
- İki yaşlı Məhəmmədin dəstəyə ehtiyacı var: Ölkəyə qayıda bilmirlər
- Bacısı üstünə qaynar su dağıdan Aminin dəstəyə ehtiyacı var
- Doqquz yaşlı Mələk təcili əməliyyat olmalıdır: Gecikərsə iflic ola bilər
Rəylər