Sevgilisini boğan kişi başqa qadınla hoteldə tutulub.
Belə ki, Qabil və Vüsalə (Adlar şərtidir) qeyri-rəsmi şəkildə birlikdə yaşayırdılar. Günlərin birində onlar evə qayıdarkən Qabilin ağlına bir fikir gəlir. Mənzilə çatanda Vüsalənin otağını ələk-vələk edərək onun pulunu götürür və qadını boğaraq qətlə yetirir. Ardınca isə hadisə yerini tərk edir.
Bir neçə saat sonra Qabil gizli şəkildə birlikdə olduğu Rumiyə adlı qadınla görüşür. Onlar birlikdə zinət əşyaları mağazasına gəlirlər. Qabil orada Rumiyəyə boyunbağı hədiyyə edir.
Cütlük daha sonra restoranlardan birinə yollanır. Rumiyə Qabildən pulları haradan əldə etdiyini soruşanda o, "Vüsaləni qətlə yetirmişəm, pullar da ona məxsusdur" deyir.
Onlar hotelə gedirlər. Qabil orada Rumiyənin boğazından tutaraq əsəbiləşdiyini deyir, lakin sonda gülümsəyib onu buraxır və yatağa uzanır.
Rumiyə Qabilin yatmasından istifadə edərək polisə zəng edir və hər şeyi danışır. Qabil isə yaxalanaraq istintaqa cəlb edilir.
Daha ətraflı Baku TV-nin videomaterialında: