Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Bir qrup sürücü işlədikləri şirkətdən maaşlarını ala bilmədikərini iddia edir
Bir qrup sürücü müqavilə bağladıqları şirkətdən iki aydır maaş almadıqlarını iddia edir. Onların sözlərinə görə, müqavilədə qeyd olunan xidmət haqqı onlara ödənilmir, məsul şirkət isə gün-gündən borcunu artırır.
Oxu.Az-ın "Xəzər Xəbər"ə istinadla məlumatına görə, söhbət yüksək maaş qarşılığında "Caspian Engineering Solutions" MMC şirkəti ilə müqavilə bağlayaraq fəhlələri səhər işə, axşam isə evlərinə daşıyan mikroavtobus sürücülərindən gedir.
Sürücülər bildirirlər ki, iki aydır öz hesablarına benzin alırlar, amma maaşdan hələ də xəbər yoxdur.
Məsələ ilə bağlı şirkətin departament rəhbəri Rauf Hüseynov qeyd edib ki, şikayət edən sürücülər onların işçiləri deyil, onlarla müqavilə bağlayıb xidmət alırlar.
Mövzu ilə bağlı daha ətraflı videomaterial təqdim edirik:
"Sakin şikayəti" teqi üzrə xəbərlər
- Bakıda məktəbin hasarı fərdi evin həyətindən keçir - Sakinlərdən ŞİKAYƏT
- Yasamalda qanunsuz ət kəsimi sexində yoxlamalar aparıldı
- Səbail sakinləri parkda tikilən restorana etiraz edirlər, qurum isə bildirir ki, ELƏ FAKT YOXDUR
- Ramana qəsəbəsində çirkab suları həyatı iflic edib - ŞİKAYƏT
- Sərnişindən ŞİKAYƏT: "Avtobusa uşaq arabası ilə minməyə icazə yoxdur"
Rəylər