Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Birinci sinfə qəbulla bağlı tətbiq olunan yenilik valideynlərin narazılığına səbəb olub
Birinci sinfə qəbulla bağlı tətbiq olunan yenilik ilə bağlı video təlimatın olmaması valideynlərin narazılığına səbəb olub.
Oxu.Az-a müraciət edən valideynlər bildiriblər ki, birinci sinfə qəbul prosesində tətbiq ediləcək yeniliklə bağlı izahlı videotəlimatın təqdim olunmaması onlarda narahatlıq yaradıb. Onların sözlərinə görə, bəzi valideyn və müəllimlər bu barədə məlumatlı olsalar da, əksəriyyət yenilikdən xəbərsizdir.
Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, tətbiq ediləcək yenilik barədə videotəlimatın növbəti həftə ictimaiyyətə təqdim olunması planlaşdırılır.
Qeyd edək ki, 2025-2026-cı tədris ili üzrə uşaqların birinci sinfə qəbulu prosesində yenilik tətbiq ediləcək. Belə ki, Azərbaycan Respublikasının vətəndaşları, həmçinin ölkə ərazisində müvəqqəti və ya daimi yaşama icazəsi olan xarici ölkə vətəndaşları şəxsi kabinetə giriş üçün Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təqdim olunan Vahid Giriş Sistemi ("Digital Login") vasitəsilə daxil olacaqlar.
Xatırladaq ki, uşaqların birinci sinfə qəbulu prosesinə 1 may 2025-ci il saat 11:00-dan etibarən start veriləcək.
Aygün Mirakif
"Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi" teqi üzrə xəbərlər
- Azərbaycanın nəqliyyat sektoru üzrə gəlirləri AÇIQLANIB
- AYNA: "Bakıda mikromobillik vasitələri üçün 484 parklanma məntəqəsi müəyyən edilib"
- Vətəndaşlara ŞAD XƏBƏR - Azad edilmiş rayonların daha səkkizinə maşınınızla gedə biləcəksiniz
- Sektor müdiri: "Media subyektlərində İT mütəxəssis çatışmazlığı var"
- Prezidentdən İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası ilə bağlı SƏRƏNCAM