Təhsil nazirinin “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları” barədə əmrinə uyğun olaraq Bakı şəhərində yerləşən və Bakı Şəhər Təhsil İdarəsinin tabeliyində olan məktəblərə qəbulla əlaqədar olaraq iyulun 20-dən elektron ərizələrin qəbuluna başlanılacaq.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, elektron ərizələrin qəbulu avqust ayının 20-dək davam edəcək.
Qeydiyyat zamanı vətəndaşlar elektron ərizə ilə yanaşı uşağın doğum haqqında şəhadətnaməsinin surətini və 3x4 sm ölçüdə 1 ədəd fotoşəklini də əlavə etməlidirlər.
Qeyd edək ki, “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”na əsasən I sinfə qəbul həmin il sentyabrın 16-dan dekabrın 31-dək 6 yaşı tamam olan xüsusi istedadlı uşaqlara şamil edilir.