"Türk dünyası yeni bir yüksəliş dövrünə qədəm qoyur".
Oxu.Az-ın məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün "Bilim Azərbaycan" layihəsi çərçivəsində fəaliyyət göstərən Bakı Elm Mərkəzinin "Deneyap I Məzun Günü" tədbirində bildirib.
"Tarix boyu böyük sərkərdələri və liderləri yetişdirən ən vacib qüvvə, dövrün ruhu və türk dünyasını bürüyən güclü küləklər olub. İndi isə, 21-ci əsrdə türk dünyası bu fürsəti yenidən kəşf etmək və qəbul etmək prosesinə qədəm qoyur", - deyə Akgün qeyd edib.
Səfir bildirib ki, türk dünyası yeni bir dirçəliş və intibah dövrünün astanasındadır və bu prosesi irəli aparacaq ən böyük qüvvə müasir texnologiyalarda səriştəli, gələcəyə uzaqgörən baxışı olan, mədəniyyətinə və sivilizasiyasına sadiq, lakin innovasiyaya açıq olan türk gəncləridir.
Akgün qeyd edib ki, bu ruhu canlandırmaq və gənclərin texnologiya və innovasiyaya marağını artırmaq üçün göstərilən səylər, xüsusən də Bakı Elm Mərkəzində fəaliyyət göstərən "Deneyap" seminarları böyük əhəmiyyət kəsb edir.
Səfir çıxışında bu cür təşəbbüsləri türk dünyasının inkişafına töhfə verən güclü dəstək addımları kimi qiymətləndirib.
Töhfə Səməd