Bakının erməni və bolşevik dəstələrindən azad edilməsinin 108-ci ildönümü münasibətilə "Türk şəhidliyi" abidəsində mərasim keçirilib.
Oxu.Az xəbər verir ki, bununla bağlı "Haber Global" videomaterial hazırlayıb.
Bildirilib ki, mərasimdə Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəsi, səfir Ufuk Turganer və Türkiyə qurum və təşkilatlarının nümayəndələri iştirak ediblər. Səfir Birol Akgün şəhid abidəsinin önünə əklil qoyub. Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Orkestri isə Azərbaycan Dövlət Himnini və Türkiyə Dövlət Himnini ifa edib.