Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Birotaqlı mənzillərə tələbat artıb
Bakıda son illər daşınmaz əmlakın kəskin bahalaşması fonunda kiçik həcmli mənzillərə tələbat artıb.
Xezerxeber.az-ın məlumatına görə, 2, 3 və 4 otaqlı mənzillərin qiymətlərinin həddindən artıq yüksək olması, nisbətən ucuz təklif edilən 1 otaqlı, kiçik kvadratlı evlərin satışını sürətləndirib.
Əmlak eksperti Elnur Fərzəliyev deyir ki, hazırda mərkəzi ərazilərdə, yeni tikili binalarda 3 və 4 otaqlı mənzillərin qiyməti 250 min manatdan başlayaraq, ortalama 600-700 min manat arasında dəyişir.
Son illərdə əmlakların kreditlə satılması imkanlarının artması və güzəştli ipotekanın maksimum məbləğinin 100 min manat olması bu cür mənzillərin satışını artırıb.
O da bildirilib ki, artıq MTK-lar da kiçik həcmli mənzillərə tələbatın çoxluğu səbəbindən bina tikərkən buna xüsusi diqqət yetirir və nisbətən kiçik həcmli evlərin sayını artırırlar.
Ətraflı süjetdə:

"Mənzil satışı" teqi üzrə xəbərlər
- Bakıda evi sökülənlər ARTIR: Kirayə mənzillər UCUZLAŞACAQ?
- Bazarda qəribə vəziyyət: Həyət evləri çoxmərtəbəli yaşayış binalarındakı mənzillərdən niyə ucuzdur?
- İpoteka kreditləri ilə mənzil alanların sayı çoxalıb: Evlərin qiyməti artacaq?
- MTK sakinləri dörd ildir necə aldadır? - Ortada nə pul var, nə də ev
- Mənzillərdəki qiymət artımının səbəbi - Bu il hansı dəyişikliklər olacaq?