Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsində yerləşən işıqforlar işıqsız qalıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən ərazidə texniki tamamlanma işlərinin aparıldığı bildirilib.
Sürücülər isə deyirlər ki, işıqforlar ötən ilin yay aylarında quraşdırılıb. Amma demək olar ki, növbəti yay mövsümü çatsa da, hələ də işləmir.
Piyadalar və sürücülər işləməyən işıqforların qəza şəraiti yaratması təhlükəsindən narahatdırlar:
“Nəqliyyat vasitələrinin hərəkətinə maneə törədir. Sürücülər üçün qəza şəraiti yarada bilər. Yolu keçəndə uşaqları niyə maşın vurmalıdır?!”
Eyni vəziyyət Yasamal rayonu, Zivərbəy Əhmədbəyov və Cəfər Cabbarlı küçələrində də mövcuddur.
Ətraflı Baku TV-nin videosunu təqdim edirik:
Bizi niyə maşın vurmalıdır? - Bakının işıqsız qalan işıqforları + VİDEO
Rəylər