Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Bizi reallıqdan ayıran virtual eynəklər hansı xəstəliklərə yol açır?
Virtual reallıq eynəkləri ilə film izləmək əyləncə və adrenalin həvəskarları üçün sevimli məşğuliyyətdir.
Sözügedən eynəklər vasitəsilə istifadəçi sanki reallıqdan təcrid olunaraq, özünü parallel aləmdə tapır. Bu isə öz növbəsində qorxu, stress və həyəcana səbəb olur.
Valideynlər bildiriblər ki, bu cür eynəkləri nə özləri istifadə edir, nə də övladlarına icazə verirlər.
Nevroloq Leyla Şahbazovanın sözlərinə görə, bu cür adrenalinin uşaq və yetkinlərdə nevroloji problemlərə yol açdığını bildirib:
"Virtual eynəklərdən həddən artıq istifadə gərginlik, arterial təzyiq, ürək və damar problemlərinə, diqqətsizlik, yaddaş pozğunluğu və göz problemlərinədə gətirib çıxara bilər".
Mütəxəssislər 30 dəqiqədən çox bu eynəklərdən istifadəni məsləhət görmürlər.
Ətraflı Baku TV-nin süjetində:

"Baku TV" teqi üzrə xəbərlər
- ABŞ-nin 24 %-lik tarifinə Malayziyanın cavabı
- Qərbi Azərbaycan Xronikası: "Tavuşda əsgərlərə mövqelərini tərk etmək əmri verilib"
- Şadlıq sarayları toydan sonra niyə ƏDV qaytarmır? - Xəbərlərin 20:00 buraxılışı
- Rusiya-Ukrayna müharibəsində son vəziyyət necədir?
- Hayk mifinin arxasındakı həqiqət: Nuh peyğəmbərin nəsli əslində kimlərdir?