"Yaxın vaxtlarda bölgələrdə əlavə tibb sahəsi üzrə kolleclərin açılması üçün təhlillər aparılacaq".
Oxu.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsi müdirinin müavini Təranə Əhmədova parlamentin Səhiyyə komitəsinin bugünkü iclasında çıxışı zamanı deyib.
Nazirlik rəsmisi bildirib ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev tapşırıq verib.
T.Əhmədova qeyd edib ki, nazirin tapşırığı ilə bu yaxınlarda bölgələrdə əlavə tibbi kolleclərin açılması üçün təhlil və monitorinqlər apardıqdan sonra harada ehtiyac varsa və mümkün olacaqsa, kolleclər açıla bilər.
O, eyni zamanda xatırladıb ki, hazırda Səhiyyə Nazirliyinin tabeliyində 10 tibb kolleci var və onlardan ikisi Bakıdadır.
Aləmdə Nəsib