Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Bakıda ilginc olay - Bacısının ərini bıçaqlayan şəxs hadisəni xatırlamır
Bakıda bacısının ərini bıçaqlayan şəxs 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hadisə zamanı hər iki şəxs sərxoş olub. Maraqlıdır ki, hər iki şəxs o dərəcədə sərxoş olub ki, davanın hansı səbəbdən baş verdiyini xatırlamır.
Oxu.Az Musavat.com-a istinadən xəbər verir ki, təqsirləndirilən Vüqarla bıçaqlanan Zaur qohum olublar. Həm də Zaur Vüqarın bacısının əridir. Onlar birlikdə usta kimi mənzil təmiri ilə məşğul olublar.
Qohumlar arasındakı dava elə işlədikləri mənzildə baş verib. Onlar işdən sonra ev sahibi ilə süfrə arxasına əyləşiblər. Yeyib-içəndən sonra aralarında mübahisə yaranıb.
Maraqlıdır ki, heç biri hadisənin hansı səbəbə görə baş verdiyini xatırlamır. Çünki həddən çox spirtli içki içiblər və özlərində olmayıblar. Vüqar yalnız bıçağı yerə atdığını xatırlayıb. Zaur isə xəstəxanada gözünü açanda bıçaqlandığını bilib.
Zaur Vüqardan şikayətçi olmayıb. Hər ikisi hadisəyə görə peşman olduğunu deyib.
Qəsdən sağlamlığa ağır zərərvurmada ittiham olunan Vüqar 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
"Bıçaqlanma hadisəsi" teqi üzrə xəbərlər
- Naxçıvanda dostlar dava saldı, kuryer ofisiantı baçıqladı
- Yeni həbsdən çıxmış şəxs obyekt sahibindən "haqq" istədi: "Günahın çoxdur, hər ay 50 manat ver"
- Tərtərdə oğlunu ürəyindən bıçaqlayan anaya hökm oxundu
- Azərbaycanda orta məktəbdə bıçaqlanma - 11-ci sinif şagirdi HƏBS EDİLDİ
- Taksidə yer üstündə adam bıçaqlayan hərəkat sədri HƏBS OLUNDU