"Bakı Dəniz Limanının ötürücülüyünün 15 milyon tondan 25 milyon tona çatdırılması üzrə işlər gedir".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov aprelin 25-də Bakıda Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla keçirilən birgə mətbuat konfransında deyib.
O bildirib ki, ötən il Bakı-Tbilisi-Qarsın ötürücülüyü 1 milyon tondan 5 milyona çatdırılıb.
Mərahim Nəsib