Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Borc pulla qurban kəsmək olarmı?
"Qurbanı imkanı olan şəxslər kəsməlidirlər".
Bunu "Qaynarinfo"ya açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov kredit kartı ilə qurban almaqla bağlı sualı cavablayarkən deyib.
Ekspertin sözlərinə görə, kəsilən qurban, əsasən, imkansız şəxslərə paylanmalıdır:
"Nəinki faizlə, sələmlə, ümumiyyətlə, qurbanı borcla kəsmək düzgün deyil. Dini cəhətdən kiminsə üzərində belə bir öhdəlik yoxdur. Qurban kəsmək imkanı olanların üzərində olan öhdəlikdir. İslama görə, faizə pul götürüb qurban kəsmək bəyənilməyən əməldir. Borcla qurban kəsmək düzgün deyil".
Əkrəm Həsənov məsələyə münasibətinin mənfi olduğunu deyib:
"Sən onu ödəyə bilməsən və üzərinə faiz gəlsə, vacibdir bunu edəsən? Bu daha çox "qonşudan geri qalma" prinsipinə söykənir. Qurban da belədir - "qonşu kəsir, mən də kəsməliyəm". İmkanın yoxdursa, kəsmə. Kreditlə heç qurban kəsmə".
"Əkrəm Həsənov" teqi üzrə xəbərlər
- Vətəndaşlar maaşlarını özləri seçdikləri istənilən bankdan ala biləcəklər - YENİLİK
- Bankların daxili resursları hesabına təqdim etdiyi ipoteka kreditlərinin faizləri niyə artır?
- Bank telefon vasitəsilə hansısa məlumatı vətəndaşdan istəyə bilər?
- Səhvən başqasının kartına köçürülən pul geri QAYTARILA BİLƏR?
- Yaşıllıq qatillərinə qarşı sərt cəzalar: Sanksiyalar sərtləşdirilir