Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Borca görə məhkum edilən şəxslər ödənişdən azad edilir? - AÇIQLAMA
Borca görə məhkum edilən şəxslər borc məsuliyyətindən azad edilmir.
Bu barədə Ədliyyə Nazirliyinin “Məhkəmə qərarlarının icrasının təşkili” mövzusunda keçirilən mətbuat konfransında Nazirliyin İcra baş idarəsinin rəis müavini Fərid Əfəndiyev məlumat verib.
Rəis müavinin sözlərinə görə, həbs edilən şəxsin borcunu ödəməsi təmin edilir:
“Bu məsələ ilə bağlı ilk növbədə onların əmlakları yoxlanılır. Əgər şəxsin əmlakı yoxdursa, cəzaçəkmə müəssisəsində işlə təmin olunduğu halda həmin borc onun əmək haqqından tutulur. Bütün bu məlumatların şəffaf və əlçatan olması üçün elektron icra informasiya sistemi də yaradılıb. Bu sistem təkcə məlumat toplusu deyil, eyni zamanda buradan sorğu da qəbul edilir. Vətəndaşların daşınar və daşınmaz əmlakı, pensiya, təqaüd alması barədə məlumatları həmin sistemə daxil olunur. Bu, işin daha sürətli şəkildə aparılmasını təmin edir”.
Könül Cəfərli
"Ədliyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Müəllif qonorarlarının və digər haqların ödənilməsi ilə bağlı yeni qaydalar təsdiqlənib
- Azərbaycanda axtarışda olan hindistanlı Monakoya təhvil verildi
- Sabiq nazir müavininə ağır itki
- Jurnalistə Ədliyyə Nazirliyində vəzifə verildi
- Bakı Ağır Cinayətlər Məhkəmə Kompleksi tikiləcək - 26 milyon manat ayrıldı
Rəylər