Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini vəzifəsindən istefa verən Siyavuş Novruzovun yerinə hələlik hər hansı namizəd irəli sürülməyib.
Bu barədə Oxu.Az-a YAP-dan məlumat verilib.
YAP-ın Nizamnaməsinə əsasən, partiyanın İdarə Heyəti partiyanın sədrinin təqdimatı ilə icra katibinin müavinlərini təsdiq edir.
Qeyd edək ki, hazırda YAP-ın icra katibinin bir müavini var. O, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıdır.
Xatırladaq ki, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov karantin rejimi dövründə Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin qız nəvəsinin toyunda iştirak etdiyi üçün YAP-dakı vəzifəsindən istefa verib.
Aqşin Kərimov
Rəylər