Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Böyrək köçürülən Esmira: "Ağrıkəsicilərimi belə borca alırıq"
38 yaşlı Esmira Məmmədovanın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a Esmira Məmmədovanın özü məlumat verib.
O bildirib ki, 17 yaşından böyrək çatışmazlığından əziyyət çəkir:
"Tam 20 ildir ki, dializ aparatına qoşuluram. Ötən il həkimlər təcili böyrəkköçürmə əməliyyatına ehtiyac olduğunu dedilər. Yeddi ay əvvəl xalam oğlu mənə donorluq edərək böyrəyini verdi. Əməliyyat dövlət tərəfindən tam təmənnasız edildi. Əməliyyatdan sonrakı müddətdə isə lazım olan dərmanları anam borc-xərclə alıb, hazırda müalicələri qarşılamağa gücümüz yoxdur".
Esmira Məmmədova yardımsevər şəxslərdən dəstək istəyib:
"Nə bacım, nə qardaşım var ki, mənə dəstək olsunlar. Tək qardaşım var idi, bir neçə il əvvəl onu da itirdik. Anam yaşlı qadındır, işləyə bilmir. Ancaq borc-xərclə mənə ağrıkəsici alıb vurdura bilir. Hazırda immunitetim düşdüyü üçün bədənimdə infeksiyalar artıb. Həkimlər təcili vaksin vurdurmalı olduğumu deyiblər. Sizin saytın izləyicilərinin dəstəyi ilə üç doza vaksin vurdura bildim. Hazırda müalicələrimi davam etdirməliyəm. İnanın, anam mənə ağrıkəsici vurdurmaq üçün borc alır. Vəziyyətimiz günü-gündən ağırlaşır. Yenidən əvvəlki günlərimə qayıtmaqdan çox qorxuram. Yardımsevər şəxslərdən mənə dəstək olmağı xahiş edirəm".
Ailə ilə əlaqə: (055) 372-35-92.
"Beynəlxalq Bank": 5522 0993 6618 1402.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- 54 günlük körpənin vəziyyəti yenidən ağırlaşıb: 13 il övlad həsrəti çəkən ana fəryad edir
- Səkkiz yaşlı Mehdinin sizin köməyinizə ehtiyacı var: Ən böyük arzusu anasına tərəf addımlamaqdır
- Bakıda 12 yaşlı oğlan 14-cü mərtəbədən yıxılıb öldü
- Övladının müalicəsi üçün evini satan ana yardımsevər şəxslərdən dəstək istəyir
- Bir yaşlı Kamranın dəstəyə ehtiyacı var