Azərbaycanın təcrübəli futbol mütəxəssisi, “Neftçi”nin keçmiş baş məşqçisi Böyükağa Hacıyev yenidən kluba qayıdıb.
Oxu.Az extratime.az-a istinadən xəbər verir ki, bundan sonra o, klub prezidenti Sadıq Sadıqovun müşaviri vəzifəsini tutacaq. Bu qərar rəhbərliklə Hacıyev arasında keçirilmiş görüşdə qəbul olunub.
O, vəzifəsinin icrasına sentyabrın 1-dən başlayacaq.
Xatırladaq ki, B.Hacıyev “Neftçi”nin Albaniyanın “Şkenderbeu” klubuna məğlub olaraq, Çempionlar Liqasını tərk etməsindən sonra klubdan kənarlaşdırılmışdı.