Azərbaycan prezidenti İlham Əliyev uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətin artırılması haqqında sərəncam imzalayıb.
Oxu.Az xəbər verir ki, sərəncama əsasən, 2013-cü il sentyabrın 1-dən bir yaş yarımadək uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği 30 manat, bir yaş yarımdan üç yaşınadək uşağa qulluğa görə isə həmin müavinətin məbləği 15 manat miqdarında müəyyən edilib.
Dövlət başçısı Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etməyi tapşırıb.