Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 36 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz hərəkəti təmin olunub.
Bundan başqa, Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus ümumilikdə 16 avtomobilin hərəkət etməsinə şərait yaradılıb.
Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda hərəkət edən Rusiya sülhməramlılarına və BQXK-ya məxsus avtomobillərin sayı 61-ə çatıb.
Bu isə bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

10:50
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus doqquz avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.