Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
"Report"un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış yerində nəqliyyat vasitəsinin maneəsiz hərəkəti təmin olunub.
Belə ki, 9 minik maşını Laçında Xankəndi istiqamətinə maneəsiz hərəkət edib.
Bu isə bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 73-ə çatıb.
14:22
Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 45 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz hərəkəti təmin olunub.
Bundan başqa, aksiya keçirilən ərazidən Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus ümumilikdə 8 avtomobilin hərəkət etməsinə şərait yaradılıb.
Bu isə bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Bununla da gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətdə maneəsiz hərəkət edən RSK-ya və BQXK-ya məxsus avtomobillərin sayı 64-ə çatıb.

11:31
Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 11 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.