Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus avtomobil karvanının hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz hərəkəti təmin olunub.
Belə ki, 1 minik və 1 yük avtomobili Xankəndidən Laçın istiqamətinə maneəsiz hərəkət edib.
Bundan əvvəl isə 4 maşının hər iki istiqamətə hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
Bu isə bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda hərəkət edən RSK və BQXK-ya məxsus avtomobillərin sayı məxsus avtomobillərin sayı 78-ə çatıb.
13:26
Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlı kontingentinə (RSK) və Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobil karvanının hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
“Report” xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz hərəkəti təmin olunub.
Belə ki, RSK-ya məxsus 5 minik, 9 yük, 9 yanacaq daşıyan avtomobil və bir zirehli texnika Xankəndidən Laçın istiqamətində maneəsiz hərəkət ediblər. Eyni istiqamətdə BQXK-ya məxsus 2 minik və 4 yük avtomobilinin keçidi də təmin olunub.
Bu isə bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda hərəkət edən RSK və BQXK-ya məxsus avtomobillərin sayı 30-a çatıb.







