Avqustun 30-dan etibarən “BRAVO” yeni ünvanda müştərilərinə daha yaxın gələcək. Yerli və dünyanın dörd bir tərəfindən gətirilən keyfiyyətli məhsulları ilə yeni mağaza “Globus Center” biznes mərkəzində alıcılarını qarşılayacaq.
Nizami metrosu yaxınlığında, Cəfər Cabbarlı küçəsi 609 ünvanında yerləşən “Globus Center” hal-hazırda uğurlu biznes mərkəzi kimi tanınır. Mərkəzin birinci mərtəbəsində yerləşən “BRAVO” supermarket geniş seçim imkanı, keyfiyyətli qida və qeyri-qida məhsulları, xüsusi endirimli təklifləri ilə müştərilərini sevindirəcək, alış-verişin daha zövqlü olmasına şərait yaradacaq.
Bundan başqa, supermarketdə “BRAVO” özəl ticarət markasına məxsus qida məhsullarını münasib qiymətlərlə ala bilərsiniz.
“BRAVO”-nun gülərüz işçi heyəti həftənin yeddi günü, saat 08:00-23:00-dək alıcılarının xidmətində olacaq.
Bizi sosial media hesablarımızda izləyin və son məlumatlardan xəbərdar olun.
https://www.facebook.com/BravoSupermarketAz/
https://www.instagram.com/bravosupermarketaz/
www.bravosupermarket.az