Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Britaniya Səyyah Klubunun rəhbəri: "Qarabağa səfər etmək fürsətinə görə Azərbaycana minnətdarıq"
Böyük Britaniyanın "Picky Reels" səyyah klubunun rəhbəri İv Buvi azad edilmiş ərazilərə səfər etmək imkanına görə Azərbaycana təşəkkürünü bildirib.
"Report"un verdiyi məlumata görə, o, bunu jurnalistlərlə söhbəti zamanı deyib.
İ.Buvi qeyd edib ki, onun Qarabağa ötəndəfəki səfəri ilə müqayisədə bölgə yaxşıya doğru çox dəyişib.
"Sonuncu dəfə Şuşada 2022-ci ildə olmuşdum, o zaman orada çoxsaylı dağıntıların izləri qalmışdı, bu gün isə tikintinin miqyası və keyfiyyəti məni çox heyran etdi. Şuşa şəhərindən sonra biz Ağdamda olduq, orada da bir çox dəyişikliklərin şahidi oldum", - o əlavə edib.
Klubun rəhbəri qeyd edib ki, Qarabağın dəyişməsi onda güclü təəssürat yaradıb.
"Mən Azərbaycan hakimiyyətini məcburi köçkünlərin öz evlərinə mümkün qədər tez qayıtmasını təmin etmək üçün göstərdiyi səylərə görə alqışlayıram", - o vurğulayıb.
"Qarabağ" teqi üzrə xəbərlər
- Nikol Paşinyandan etiraf: "Mən böyük səhv etdim"
- Mənbicli gəncin Azərbaycan bayraqlı, "Qarabağ" yazılı köynəyi diqqət çəkdi
- Yassin Benziya: "Keçmiş klubuma qarşı matç mənim üçün çox maraqlı olacaq"
- Politoloq: "Kəlbəcərin döyüşsüz azad olunması Azərbaycanın siyasi, hərbi və iqtisadi qələbəsidir"
- "Kurtlar Vadisi"nin məşhur aktyoru: "Qarabağla bağlı film çəkəcəyik"
Rəylər