22-27 mart 2015-ci il tarixlərində Brüssel (Belçika) şəhərində ilk dəfə olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu və İndex – İnsanKapitalı Fondunun dəstəyi, ADA Universiteti və AYAPE-nin birgə təşkilatçılığı ilə “ADA Avropa İttifaqıMəktəbi” təşkil olunub.
Oxu.Az xəbər verir ki, Avropa Parlamentinin deputatı Anna Zaborskanın evsahibliyi ilə keçirilən tədbiri Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı fövqəladə və səlahiyyətli səfiri və Avropa İttifaqıyanında nümayəndəliyinin rəhbəri, səfir Fuad İsgəndərov salamlama nitqi ilə açıb.
Dörd gün davam edən tədbirdə Vilfred Martens AvropaAraşdırmaları Mərkəzinin baş elmi işçisi və icraçıdirektoru Roland Froydenştayn “Avropa İttifaqı sazişlərivə avrointeqrasiya”, Avropa İttifaqı Şurasının hüquqxidmətinin sabiq direktoru, Avropa Kollecinin qonaqprofessoru, Avropa Xarici Fəaliyyət Xidmətinin müstəqileksperti Jan-Pol Jake “Avropa İnstitutları, səlahiyyətlərvə siyasət”, Avropa Parlamentində “Yaşıllar partiyası”nınilk deputatı Frank Şvalba-Hot “Avropa İttifaqı, dəyərlərvə qonşularla münasibət”, AYAPE idarə heyətinin üzvüYalçın Məmmədov “AYAPE, Brüsseldə fəaliyyətinbeynəlxalq aspektləri və Avropa İnstitutları ilə qarşılıqlıəməkdaşlıq perspektivləri”, Löven KatolikUniversitetinin elmi işçisi, Avropa Parlamenti AraşdırmaXidmətinin elmi işçisi və Avropa Kollecinin qonaqprofessoru Filip Perşok “Kollektiv yaddaş və Aİ xaricisiyasəti”, Belçika Xarici İşlər Nazirliyi yanında Eqmontİnstitutunun “Avropa Dünyada” proqramının direktoru, Avropa Kolleci və Gent Universitetinin professoru Sven Biskop “Qonşuluq siyasəti, Şərq Tərəfdaşlığı vətəhlükəsizlik aspektləri”, enerji məsələləri üzrə ekspertRəşad Novruz “Aİ-Azərbaycan: Enerjitəhlükəsizliyindən strateji əməkdaşlığa”, TÜSİAD-ın beynəlxalq koordinatoru və Avropa İttifaqı yanındanümayəndəsi, Bosfor İnstitutunun direktoru BahadırKaleağası “Aİ-Türkiyə münasibətləri”, Avropa SiyasətMərkəzinin siyasi eksperti Amanda Pol “Aİ siyasətininCənubi Qafqaz aspektləri”, Avropa Şurasının Brüsselofisinin siyasi məsləhətçisi İlya Subbotin “Aİ və AvropaŞurası arasında əməkdaşlıq perspektivləri”, BelçikaKrallığının sabiq ədliyyə naziri və TEAS-ın Brüsselofisinin direktoru Mark Verviligen “Aİ İnstitutları və üzvdövlətlər arasında əməkdaşlıq”, Kral ElmlərAkademiyasının üzvü, Brüssel Azad Universitetininprofessoru, Avropa Elmləri İnstitutinin fəxri prezidentiMario Telo “Çoxqütblü dünyada Avropa İttifaqı”, San Lui Universitetinin Avropa Araşdırmalar İnstitutununprofessoru Jan-Kristof Defreyn “Avropa İttifaqı vəAvrasiya İttifaqı: regionalizm və iqtisadiyyat” və BrüsselAzad Universitetinin Avropa Araşdırmalar İnstitutununelmi işçisi Nikola Jonşöre “Aİ xarici hərbi əməliyyatlarızamanı insan hüquqlarının qorunması” mövzularındamühazirələrlə çıxış ediblər.
Tədbiri İslam Əməkdaşlığı Konfransının Avropa İttifaqıyanında müşahidə missiyasının rəhbəri, səfir ArifMəmmədov “Azərbaycan Diplomatik Xidməti” mövzusunda çıxışı ilə yekunlaşdırıb.
Sonda, “ADA Aİ Məktəbi”nin iştirakçıları sertifikatlar və xatirə hədiyyələri ilə təltif olunub.
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin