Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

BŞİH-də şəhərin görünüşünə xələl gətirən tikililər və nöqsanlar müzakirə edilib
Bakı Şəhər İcra Hakimiyyətində şəhərin təsərrüfat xidmətlərinin, paytaxt rayonlarının təsərrüfat xidmətləri rəhbərləri və məsul şəxslərin iştirakı ilə geniş müşavirə keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, müşavirədə bir sıra məsələlər, o cümlədən son vaxtlarda paytaxtda aparılan genişmiqyaslı abadlıq işləri, sanitar təmizlik məsələləri, çimərliklərin vəziyyəti və yay mövsümünə hazırlıq məsələləri, qanunsuz tikililərlə mübarizə və şəhərin ümumi görünüşünə xələl gətirən tikililər və digər nöqsanlar müzakirə edilib.
Qeyd edilib ki, ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan inkişaf edir, yeni parklar və yaşıllıqlar salınır, ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində böyük işlər həyata keçirilir. Bununla yanaşı, yerlərdə bəzi sahələrdə nöqsanların mövcudluğu vurğulanıb, rayonlar üzrə monitorinq zamanı aşkar edilmiş konkret faktların fotoşəkilləri nümayiş etdirilib.
Müşavirənin yekununda Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Ayaz Hüseynov bir daha qeyd edib ki, həyata keçirilən müsbət işlərlə yanaşı, hazırda mövcud olan bir sıra nöqsanların ən qısa zamanda aradan qaldırılması vacibdir.
"Bakı Şəhər İcra Hakimiyyəti" teqi üzrə xəbərlər
- Bakıda iki küçənin kəsişməsindəki aşmaq üzrə olan ağac ərazidən niyə götürülmür? - RƏSMİ AÇIQLAMA
- Baş həkimə qarşı 95 minlik dələduzluq edən şəxs məhkəmə zalından azadlığa buraxıldı
- Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ilə əlaqədar Təşkilat Komitəsinin ilk iclası olub
- Azərbaycanda çimərlik mövsümünə START VERİLİR
- Alatava sakinlərinin həll olunmayan PROBLEMİ