Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

IDEA Gəncə çayında təmizlik aksiyası keçirib
Mayın 18-də IDEA könüllüləri tərəfindən Gəncə çayının bir hissəsində plastik tullantıların təmizlənməsi aksiyası həyata keçirilib.
Oxu.Az xəbər verir ki, IDEA İctimai Birliyinin "1113" qaynar xəttinə daxil olan vətəndaş müraciətinə dərhal reaksiya verilərək, sözügedən əraziyə baxış keçirilib və artıq növbəti gün təmizlik aksiyası təşkil olunub. Aksiyada şəxsi sağlamlıq, təhlükəsizlik və gigiyenanın qorunması məqsədilə xüsusi kombinezonlar, əlcəklər və digər qoruyucu vasitələrlə təmin olunmuş 30 IDEA könüllüsü iştirak edib.
Toplanan tullantıların ümumi həcmi 500 kiloqrama yaxın olub və onların böyük hissəsini birdəfəlik istifadə olunan plastik məhsullar təşkil edib. Nəticə göstərir ki, yerli su hövzələri və yaşıl ərazilər insan fəaliyyəti səbəbindən ciddi çirklənmə ilə üz-üzədir və bu istiqamətdə maarifləndirmə işi və nəticəyönümlü tədbirlər daha da gücləndirilməlidir.
Məlum olduğu kimi, plastik tullantıların torpaq və su ekosistemində parçalanması üçün 1000 ilədək vaxt tələb olunur. Bu səbəbdən, ətraf mühitin plastik tullantılardan təmizlənməsi dayanıqlılıq və ekoloji balansın qorunması baxımdan mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, təşkil olunan təmizlik aksiyaları sadəcə tullantıların toplanması ilə məhdudlaşmır, eyni zamanda ətraf mühitin qorunmasına ictimaiyyətin diqqətini cəlb etmək və insanların təbiətə münasibətində müsbət dəyişiklik yaratmaq məqsədi daşıyır.
Vətəndaşlar rastlaşdıqları bu cür hallar, eləcə də ətraf mühitin mühafizəsi ilə bağlı şikayət və təkliflərə dair "1113 - Təbiətə təcili yardım" qaynar xətti vasitəsilə IDEA İctimai Birliyinə məlumat verə bilərlər.
IDEA hər kəsi təbiətin qorunması prosesinə qoşulmağa, ətraf mühiti plastik tullantılarla çirkləndirməməyə və daha yaşıl gələcək naminə məsuliyyətli davranmağa çağırır.
"IDEA İctimai Birliyi" teqi üzrə xəbərlər
- Leyla Əliyeva Londonda Azərbaycan pavilyonunun açılışında iştirak edib
- Bakıda bütün ictimai çimərliklər 15 iyundan başlayacaq mövsümə tam hazır vəziyyətdədir
- IDEA İctimai Birliyi Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirib
- Leyla Əliyeva Ümumdünya Səhiyyə Təşkilatının tədbirində videokonfrans formatında iştirak edib
- Leyla Əliyevanın təşəbbüsü ilə "Gənc arıçı" layihəsinin təlim mərhələsi yekunlaşıb