Sonuncu dəfə Paris Moda Həftəsində Kim Kardaşyanın saçını dartaraq gündəmə gələn ukraynalı jurnalist Vitalik Sediuk bu dəfə tanınmış müğənniyə sataşıb.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, şalvarını soyunan Sediuk dəfilə öncəsi kameralara poza verən müğənni Siaraya yaxınlaşıb və ifaçını arxadan qucaqlayıb.
Jurnalistin bu hərəkəti çaşqınlıq yaradıb və ifaçı nə edəcəyini bilməyib.
Qeyd edək ki, Cannes Film Festivalında America Ferreranın ətəyinin altına girməyə çalışan ukraynalı aparıcı Vitali Sediuk Bred Pittə yumruq atdığı üçün 20 gündəlik ictimai cəza almışdı.