Səudiyyə Ərəbistanının hakimiyyət dairələri Məkkə və Mədinəyə ziyarət edən zəvvarlar arasında mobil telefonlarla öz fotolarını çəkənlərin sayının artmasından narazılığını bildirib.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, rəsmi Ər-Riyad, habelə ölkənin nüfuzlu din xadimlərinin bəyanatlarına görə, Məkkədə həcc ziyarəti zamanı selfi çəkmək dualar və ibadətdən diqqəti yayındırır.
Üləmalar və şeyxlər zəvvarları Məkkədə selfi çəkməməyə çağırıblar.
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin