Bakı sakini, ağır xəstəlikdən əziyyət çəkən Tural Rəsulova təcili kömək lazımdır.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə onun yaxınları facebook sosial şəbəkəsində məlumat yayıblar.
Bununla bağlı müraciətdə deyilir:
“Tural ağır vəziyyətdədir. Bel-fəqərə sümükləri qırılıb, böyrəkləri işləmir, çətinlik çəkir. Ailənin maddi vəziyyəti çox ağırdır. Xəstəxana xərclərini verə bilmədikləri üçün kömək lazımdır. Sizdən xahişim-bu ay xatirinə, İmam Hüseyn xatirinə, qardaşımıza dua və kömək edək”.
T.Rəsulovun həyatda qalmağına yardım etmək istəyənlər bu nömrə ilə əlaqə saxlaya bilərlər:
(070) 922 18 09, (051) 460 33 44
