Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Bu gün keçirilən I ixtisas qrupu üzrə qəbul imtahanından FOTOREPORTAJ
Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən I ixtisas qrupu üzrə qəbul imtahanı keçirilib.
İmtahanlar Bakı, Gəncə, Qazax, Ağstafa, Şəki, Bərdə, Göyçay, Şirvan, Salyan, Lənkəran və Xaçmazda təşkil olunub.
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 83 imtahan binası, 1 431 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 83 ümumi imtahan rəhbəri, 238 imtahan rəhbəri, 1 859 nəzarətçi-müəllim, 168 buraxılış rejimi əməkdaşı, 83 bina nümayəndəsi ayrılıb.
Qeyd edək ki, bugünkü imtahanda I ixtisas qrupu üzrə sənəd verənlərin bir hissəsi - 19 184 abituriyentin iştirakı nəzərdə tutulur. Ən yaşlı abituriyent 1966-cı ildən, ən gənci isə 2006-cı ildəndir.
Oxu.Az-ın əməkdaşı qəbul imtahanından fotoreportajını təqdim edirik:
FOTO: Tapdıq Abdullayev