Rus Pravoslav Kilsəsi (RPK) Pravoslav dininin 12 əsas bayramından olan Pasxadan sonra əhəmiyyətinə görə ikinci olan Milad bayramını qeyd edir.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, Moskva və bütün Rusiyanın patriarxı Kirill bu gecə minlərlə möminin toplaşdığı İsa Baş məbədində Milad dini mərasimini keçirəcək.
Məbədə toplaşanlar arasında ölkənin Baş naziri Dmitriy Medvedyev xanımı ilə, Federasiya Şurasının üzvləri, Dövlət Dumasının deputatları və digər yüksək rütbəli hökumət nümayəndələri var.
Sehrbazların müqəddəs Afon dağından İsaya (ə) gətirdikləri və hazırda Müqəddəs Pavel monastırında saxlanılan hədiyyələr mərasimin keçirildiyi məbədə gətirilib. Zəvvarlar 7-13 yanvar tarixində yerli vaxtla saat 08:00-dan 22:00-dək həmin əşyalara baxa bilərlər.