Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
![Bu gün Oxu.Az-ın 1 yaşı tamam olur - FOTO](https://images.oxu.az/2014/07/01/12/17/18/259/oxu:1200.jpg)
Bu gün Oxu.Az-ın 1 yaşı tamam olur - FOTO
O zaman kollektivimiz gənc, inadkar, peşəkar olmasa da işində qətiyyətli olan cəmi üç nəfərdən ibarət idi. Onların qarşısında yeni, mövcud xəbər portallarından seçilən, oxucuların yerli xəbərlərlə yanaşı, dünyada baş verən maraqlı hadisələrdən də xəbər tutacağı sayt yaratmaq, ölkəmizdə və planetimizdə baş verən bütün hadisələrdən xəbərdar olmaq kimi çətin bir vəzifə dururdu.
İndi arxaya dönüb keçdiyimiz yola baxdıqda qürurla anlayırıq ki, biz bu vəzifənin öhdəsindən gəlmişik.
Oxu.Az çox az bir müddət ərzində ölkənin ən məşhur xəbər saytlarından biri olmaqla qalmadı, üstəlik reytinqlərdə dəfələrlə birinci yeri tutdu. Bu yaxınlarda isə rekorda nail olduq – oxucu auditoriyamız 1 ay ərzində milyon nəfərə çatdı!
Sevindirici haldır ki, bir illik zəhmətimiz bəhrəsiz qalmayaraq oxucular tərəfindən yüksək qiymətləndirilib. Siyasət, idman, təhlil, şou-biznes, həyatda baş verən maraqlı hadisələri tez və operativ şəkildə işıqlandırırıq və oxucularımızın sayı getdikcə artır.
Ötən il ərzində kiçik kollektivimiz bir qədər genişlənib, sıramıza hər şeydə birinci olma məqsədimizə ortaq çıxan insanlar qoşuldu. Bizim gücümüz dostluğumuzda və birliyimizdə, həmrəylik və dəstəkverici mühitimizdə, inadkar əməyimiz və işə məhəbbətlə yanaşmamızdadır. Və biz inanırıq ki, uğurlarımız bol olacaq, bu inam isə oxucularımızla daimi təmasımıza, onların arzu və tənqidlərinə səmimi yanaşmamıza əsaslanır.
Qarşıda görüləsi işlər çoxdur – planlarımız və auditoriyamız üçün maraqlı foto-layihələr, müxtəlif insanlarla maraqlı müsahibələr və s. kimi sürprizlərimiz var. Ona görə də bizimlə qalın, əziz oxucular!
Rəylər