Bu gün Parisdə “Uşaq Avroviziyası – 2021” mahnı müsabiqəsi keçiriləcək.
Oxu.Az xatırladır ki, müsabiqədə Azərbaycanı “One of those days” mahnısı ilə Sona Əzizova təmsil edəcək. Böyüklərin “Avroviziya” müsabiqəsindən fərqli olaraq, bu dəfə Azərbaycanda olan izləyicilər də ölkəmizin təmsilçisinə səs verə bilərlər.
Səsvermə dekabrın 17-də, Bakı vaxtı ilə saat 23.00-da başlayıb, bu gün (19 dekabr) saat 19.00-dək davam edəcək. Habelə, səsvermə bu gün sonuncu iştirakçının çıxışından dərhal sonra 15 dəqiqəlik bərpa olunacaq.
Sona Əzizovaya https://vote.junioreurovision.tv/ saytına keçid edərək səs verə bilərsiniz.
Xatırladaq ki, Azərbaycan bundan əvvəl “Avroviziya” uşaq mahnı müsabiqəsində üç dəfə iştirak edərək 11, 7 və 16-cı yerlərin sahibi olub.
