“Bu gün daha altı azərbaycanlı Ukraynadan Macarıstana gələcək”.
Bu barədə Oxu.Az-a açıqlamasında Budapeştdə fəaliyyət göstərən Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli bildirib.
O deyib ki, Macarıstan sərhədinə gələn soydaşlarımız çoxdur:
“Bu gün Azərbaycana uçuş olmasa da, bazar günü birbaşa “Wizz Air” aviaşirkəti ilə uçuş var. Bu dəqiqəyə olan məlumata görə, iki azərbaycanlı artıq bilet alıb”.
İ.Səfərli onu da qeyd edib ki, Azərbaycanın Macarıstandakı səfirliyi ilə birlikdə Ukraynadan Macarıstan sərhədinə gələn azərbaycanlıların təxliyəsi ilə bağlı tədbirlər davam etdirilir.
“Eyni zamanda “Türk Hava Yolları”nın da Azərbaycana uçuşlarının olması gözlənilir”, - deyə İ.Səfərli qeyd edib.
Könül Cəfərli