Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Bu il I sinfə neçə uşaq qəbul edilib?
Mayın 1-dən bu günə qədər ümumilikdə 127 mindən çox uşaq I sinfə qəbul edilib.
Bu barədə Oxu.Az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Qeyd edilib ki, 2024-25-ci tədris ili üçün birinci sinfə qəbulu proqnozlaşdırılan məktəbyaşlı uşaqların sayı ilə qeydiyyatdan keçənlərin sayında fərq müşahidə edilir.
Agentlik valideynlərə müraciət edərək bildirib ki, tədris ili yaxınlaşdıqca ümumi təhsil müəssisələrində uşaqların qeydiyyatının aparılması, sənədləşmə işlərinin dəqiq və vaxtında başa çatdırılması baxımından bu mərhələnin əhəmiyyəti vacibdir.
"Bunu nəzərə alaraq övladlarının 2024-25-ci tədris ili üzrə I sinfə elektron qəbulu prosesini həyata keçirmək istəyən valideynlər mektebeqebul.edu.az saytı vasitəsilə şəxsi kabinet yaradaraq məktəb və müəllim seçimi edə bilərlər", - müraciətdə qeyd olunub.
"Birinci sinfə qəbul" teqi üzrə xəbərlər
- Birinci sinfə qəbulda rus bölməsi üzrə məktəb və müəllim seçimi başlayıb
- Müsahibədə uğur qazanan bəzi uşaqlar avtomatik birinci sinfə yerləşdiriləcəklər
- Birinci siniflərə sərbəst qaydada məktəb və müəllim seçiminə start verildi
- 104 minə yaxın uşağın birinci sinfə qəbulu prosesi tamamlanıb
- Birinci sinfə qəbulla bağlı yenilik: Rus bölməsində nəticələr daha tez elan olunur