Bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarından 500-dən yuxarı bal yığan 114 abituriyent tələbə adını qazanmayıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat "Abituriyent" jurnalının 7-ci buraxılışında qeyd olunub.
Belə ki, IV ixtisas qrupu üzrə 500-600 arası bal toplayan 686 abituriyentdən 70-i, 600-700 arası bal toplayan 50 abituriyentdən 28-i, III ixtisas qrupu üzrə 500-600 arası bal toplayan 44 abituriyentdən 8-i ali təhsil müəssisələrinə qəbul ola bilməyib.
Rus bölməsi üzrə 500-dən yüksək bal toplayan 59 abituriyentdən 8-i ali təhsil müəssisələrinə qəbul ola bilməyib. Onlardan 58-i IV ixtisas qrupu üzrə, 1-i isə III ixtisas qrupu üzrə yüksək nəticə göstərib.