Daha bir televiziya mövsümü yekunlaşmaq üzrədir. Bu mövsüm boyu hansı telekanal daha çox izləndi? İctimai Televiziyanın hazırladığı süjet bu suala cavab tapmaqda yardımçı olacaq.
Süjetdə telekanalların internet üzərindən izlənmə statistikası da təqdim edilib. “Youtube”da izlənməyə görə, sentyabr-dekabr aylarında televiziyalar arasında İctimai Televiziyadan sonra Baku TV seçilir.
Videoda qeyd olunur ki, internet televiziyalar arasında mövsümün kəşfi Baku TV sayılır. TV-nin baş redaktoru Səma Camal qeyd edir ki, müharibə dövründən üzüağ çıxa biliblər.
Həmin süjeti təqdim edirik: