Nazirlər Kabineti “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarına dəyişikliklər edilib.
Oxu.Az xəbər verir ki, bu barədə qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.
Qərara əsasən Atatürk Mərkəzinin işçilərinin aylıq vəzifə maaşları müvafiq olaraq 15 manat - 135 manatdan 150 manatadək, 120 manatdan 135 manatadək, 116 manatdan 130 manatadək artırılıb.
Bununla yanaşı, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ərazi Maliyyə Hesablaşma Mərkəzinin işçilərinin aylıq vəzifə maaşları da 5 manat (125 manatdan 130 manatadək) artırılıb.
Qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minib.
A.M.
www.oxu.az