Siyəzən rayonunda 44 yaşlı kişi yoxa çıxıb.
Oxu.Az xəbər verir ki, rayon polis şöbəsindən ANS PRESS-in bölgə müxbirinə verilən məlumata görə, anası Məsumə Hətəm qızı İbrahimova bu barədə polisə müraciət edib.
Qadın müraciətində bildirib ki, oktyabrın 28-də saat 17:00 radələrində 1969-cu il təvəllüdlü Zaur Afət oğlu İbrahimov yaşadığı Babək 54, korpus 29, mənzil 1 ünvanındakı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Onun əlamətlərinə gəlincə, hündür boylu, arıq cüssəli şəxsdir. Onun ruhu xəstə olduğu bildirilir.
Polis onun axtarışlarına başlayıb.
