Bakıda yağıntılı hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi müvəqqəti olaraq saatda 20 km azaldılıb.
Bununla yanaşı, mərkəzin əməkdaşları tərəfindən məlumat tablolarında "Sürüşkən yol" xəbərdarlıq işarəsi aktivləşdirilib.
"Sürücülərdən müəyyən edilmiş sürət həddinə əməl etmələri və yolda ehtiyatlı olmaları xahiş olunur" , - məlumatda bildirilib.
