Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bulvarda batan şəxsin meyiti TAPILDI
Dənizkənarı Milli Park yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) batdığı ehtimal olunan 1 nəfərin axtarışları yekunlaşıb.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həyata keçirilən axtarış tədbirləri nəticəsində vətəndaşın meyiti tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, ötən gün FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində bir nəfərin dənizə düşməsi barədə ilkin məlumat daxil olmuşdu.
"Fövqəladə Hallar Nazirliyi (FHN)" teqi üzrə xəbərlər
- Fövqəladə Hallar Nazirliyi su basmış ərazilərlə bağlı məlumat yaydı
- Sabirabad Rayon İcra Hakimiyyətindən özünü yandıran müharibə iştirakçısı ilə bağlı AÇIQLAMA
- Çox sayda nöqsanın olduğu şadlıq evi bağlandı
- Seldə boğularaq həlak olan Füzuli Paşayevin həmin tarixdə istirahət günü imiş - TƏFƏRRÜAT
- FHN: Bir sıra ərazilərdə suçəkmə və vətəndaşların təxliyə işləri yekunlaşıb