Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Azərbaycan millisindən kənarlaşdırılan qapıçı Xorvatiya ilə matçda da oynamayacaq
İntizamsızlıq səbəbindən Azərbaycanın futzal millisindən kənarlaşdırılan Rövşən Hüseynli Avropa çempionatının seçmə oyunlarının əsas mərhələsində bu gün baş tutacaq Xorvatiya ilə matçda da oynamayacaq.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, baş məşqçi Vitali Borisov təcrübəli qapıçını heyətə qaytarmağı lazım bilməyib.
Qolkiper aprelin 11-də baş tutan İsveçlə matçdan əvvəl baş məşqçinin qərarı ilə komandadan uzaqlaşdırılmışdı.
Qeyd edək ki, Bakı İdman Sarayında keçiriləcək Azərbaycan - Xorvatiya görüşünün start fiti saat 20:00-da səsləndiriləcək.
"Avropa çempionatı" teqi üzrə xəbərlər
- Mikayıl Cabbarov Avropa çempionatında uğur qazanmış güləşçilər və onların məşqçiləri ilə görüşüb
- Azərbaycanlı ağırlıqqaldıran Avropa çempionatında 3 medal qazanıb
- Həsrət Cəfərov: "Sevinirəm ki, zəhmətimin bəhrəsini gördüm"
- Eldəniz Əzizli: "Peşəkar idmançı olduğum üçün rəqibin kimliyinə önəm vermirəm"
- Nihat Məmmədli: "İstəyimə çatdığım üçün xoşbəxtəm"
Ən çox oxunanlar