Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Fransanın dekolonizasiya siyasətindən əziyyət çəkən Qvineyada yerli əhali civə ilə zəhərlənir
"Fransanın dekolonizasiya siyasətindən əziyyət çəkən Qvineyada yerli əhali civə ilə zəhərlənir".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında BMT-nin Afrikaəsilli xalqların daimi forumunun IV sessiyası çərçivəsində Bakı Təşəbbüs Qrupunun təşəbbüsü və təşkilatçılığı ilə keçirilən "Dekolonizasiya: Səssiz İnqilab"(Decolonization: Silent Revolution)" adlı beynəlxalq konfransda çıxış edən Fransız Qvineyasının sosial azadlığı və dekolonizasiyası naminə hərəkatının (MDES) kommunikasiya bölməsinin rəhbəri Luis Qrand Emile deyib.
O, ölkəsindəki acınacaqlı vəziyyəti gündəmə gətirib: "Qvineyada yerli əhali civə ilə zəhərlənmə kimi problemlə üzləşir. Braziliyadan gələn miqrantlar tərəfindən istifadə olunan civə çayları zəhərləyir, bu isə xüsusilə balıqla qidalanan yerli əhali arasında doğuş qüsurları və digər sağlamlıq problemlərinə səbəb olur".
Luis Qrand Emile Fransanın yerli xalqların hüquqları üzrə BMT Bəyannaməsini qəbul etməsinə baxmayaraq, 169 saylı Konvensiyanı ratifikasiya etmədiyini vurğulayıb. Bu isə Qvineyada yerli xalqların hüquqlarının tanınmamasına, onların yalnız "sakin" statusu ilə məhdudlaşdırılmasına və torpaqdan istifadədə ciddi məhdudiyyətlərlə qarşılaşmasına gətirib çıxarır.
Nümayəndə əlavə edib ki, vəziyyət təkcə sağlamlıq sahəsində deyil, sosial problemlər baxımından da ağırdır. Gənclər arasında intihar hallarının artması, narkotik və alkoqol asılılığı, yaxınlıqda məktəb və tibbi xidmətlərin əlçatan olmaması yerli icmalar üçün ciddi narahatlıq doğurur.
Luis Qrand Emile sonda Fransanı dekolonizasiya siyasətinə ciddi yanaşmağa və yerli xalqların hüquqlarına hörmət etməyə çağırıb.
"Birləşmiş Millətlər Təşkilatı (BMT)" teqi üzrə xəbərlər
- Abbas Abbasov: "Fransa hökuməti BTQ əleyhinə riyakar verilişlər sifariş edir"
- Prinsipial mövqe və qətiyyət: Azərbaycan Şimali Kiprə bir daha dəstək verdi
- Yaşıl Gələcək Naminə: Ramil Abbasovun İctimai Siyasət və Maliyyə Sahəsində Yolu
- "Haber Global": "Azərbaycan KKTC-yə xəyanətə qarşı çıxdı"
- Abbas Abbasov: "Azərbaycan dekolonizasiya hərəkatının ikinci dalğasına rəhbərlik edir"