Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Bulvarda çayxanalar bağlanılır
Bakı bulvarındakı səyyar obyektlərin sayı azaldılacaq
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bildirib ki, yay mövsümündə fəaliyyət göstərən səyyar kafelərin, köşklərin, çayxanaların yığışdırılmasına başlanılıb. Belə obyektlərin sayı xeyli azalıb və bu davam edəcək:
“Hazırda belə səyyar obyektlərin sayı 50 faizədək azalıb. Bundan sonra da onların sayı 50 faiz azalacaq”.
Yayda bulvara daha çox insanın gəldiyini deyən N.Məcidov qeyd edib ki, həmin səyyar obyektlər insanların yay aylarında daha çox ehtiyac duyduğu məhsulları - sərinləşdirici içkilər, dondurma və s. satırdı. Qışda isə buna elə də ehtiyac olmur. Bu səbəbdən də onların qış aylarında fəaliyyət göstərməsinə zərurət yaranmır.
İdarənin rəis müavininin sözlərinə görə, qapalı obyektlər həmişə olduğu kimi, bu qış mövsümündə də fəaliyyət göstərəcəklər.
"Bakı" teqi üzrə xəbərlər
- Bakıda ödənişli parklanma ərazisində soyğunçuluğa CƏHD - ANBAAN VİDEO
- Bakıda baş verən ağır qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ
- Təcavüzə məruz qalıb, nikaha məcbur edildiyini deyən qız: "Atamın qəyyumluğu ləğv edilsin"
- Azərbaycanda yeni hava limanı tikilir: İşlər nə yerdədir?
- Bakıda tıxacın qarşısını almaq üçün çəkiləcək yeni yolların SİYAHISI
Rəylər