Bakı bulvarına dincəlməyə gedənlər növbəti dəfə intihar hadisəsi ilə üz-üzə gəliblər. Son günlər insanların özünü öldürmək üçün məkan seçdiyi bulvarda yenə dəhşətli anlar yaşanıb.
Oxu.Az xəbər verir ki, Səbail rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, Dənizkənarı Milli Parkda Kürdəmir rayon sakini Allahverdi Yunisov özünü dənizə atıb.
O, dənizdən çıxarılaraq xəstəxanaya yerləşdirilib.